Voytsex Şesnı karyerasını bərpa edə bilər

"Yuventus"un sabiq qapıçısı Voysex Şesnı karyerasıını bərpa edə bilər. 

Sportline.az xəbər verir ki, polşalı futbolçu "Barselona"nın maraq dairəsindədir.

Bu haqda jurnalist Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, kataloniyalılar bu məqsədlə Şesnının menecerinə müraciət ünvanlayıblar.

Qeyd edək ki, təcrübəli qolkiper bu yay karyerasını bitirdiyini elan etmişidi. 

Qeyd edək ki, onun son iş yeri İtaliyanın "Yuventus" klubu olmuşdu.