Vurduğu qolu qeyd edərkən zədələndi
Braziliya B Seriyasında keçirilən "Santa Kruz" - "Krisiuma" matçı maraqlı hadisə ilə yadda qalıb. SportLine.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu - Andre Silva qol vurduqdan sonra sevincini azarkeşlərlə bölüşmək istəyib. Bu vaxt reklam lövhələrinə ilişən futbolçu yerə yıxılıb və zədələnib.
A.Silva həkimlərin yardımından sonra meydana qayıdıb.
Qeyd edək ki, matç “Santa Kruz”un 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib.