"Vulverhempton" futbolçusu üçün 50 milyon avro tələb edir

"Vulverhempton" norveçli forvardı Yorgen Strand Larsenin transfer qiymətini açıqlayıb.

Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi 25 yaşlı oyunçu üçün 50 milyon avro tələb edir.

Bu Larsenin sərbəst qalma məbləğidir.

Qeyd edək ki, Norveç millisinin üzvü bu mövsüm meydana çıxdığı 3 matçda 2 qolla yadda qalıb.