Vüqar Talıbov: "Məqsədimiz qızıl medaldır"

"Krakovdan Vətənə qızıl medalla dönmək niyyətindəyik".

Bunu Sportline.az saytına açıqlamasında Avropa oyunlarına hazırlaşan cüdo üzrə seçmə komandanın üzvü Vüqar Talıbov deyib.

İstedadlı idmançı iyunun 21-dən iyulun 2-dək Polşada keçiriləcək yarışlarda etimadı doğrulmaq əzmində olduqlarını bildirib: "Avropa oyunlarında komanda yarışlarında qüvvəmizi sınayacağıq. Yarışa ciddi hazırlaşırıq. Hədəfimiz qızıl medallardır. Bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Qeyd edək ki, Avropa oyunlarında 6-sı kişi, 5-i qadın olmaqla 11 cüdoçu ölkəmizi təmsil edəcək.