DÇ: Hidayət Heydərov mübarizəni dayandırdı
Cüdoçu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Sportline.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/32 finalda kosovolu Akil Qyakovaya, 1/16 finalda finlandiyalı Valtteri Oliyə qalib gəlsə də 1/8 finalda italiyalı Covanni Espozitoya cərimə xalları ilə uduzaraq çıxışını başa vurub.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan çempionatın ilk günündə seçmə komandanın üzvü Əhməd Yusifov (60 kq) qızıl medala layiq görülüb.
Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Yarışlara oktyabrın 11-də yekun vurulacaq.