Xabi Alonso London klubunu çalışdıra bilər
"Tottenhem" baş məşqçisi Tomas Frankın işindən narazıdır.
Sportline.az xəbər verir ki, sözügedən mütəxəsis bu həftə işindən azad ola bilər.
"The İndependent" nəşrinin yaydığı məlumata görə, London təmsilçisi klubunun sükanı arxasına Xabi Alonsonu gətirməyi planlaşdırır.
Qeyd edək ki, ispaniyalı baş məşqçinin son iş yeri "Real Madrid" olub.