Xabi Alonsonun "Bavariya" ilə oyundan gözləntiləri
Bu gecə UEFA Çempionlar Liqasının 1/8 finalında cavab matçına çıxacaq "Bayer"i çətin sınaq gözləyir.
Sportline.az xəbər verir ki, leverkuzenlilər ilk oyunda 0-3 hesabı ilə uduzduqları "Bavariya"dan əvəz çıxmalıdırlar.
Komandanın baş məşqçisi Xabi Alonso oyunla bağlı nikbin düşüncədədir.
"Əsas inamdır. Biz və azarkeşlər bu tapşırığı yerinə yetirəcəyimizə inanmalıyıq. İlk dəqiqələrdən buna inanmaq lazmdır. Bu oyun bizim tariximizin bir parçası ola bilər. Bunun nə qədər çətin olduğunu bilirik. Amma hərdən çətin vəziyyətlər böyük nailiyyətlərə yol açır", - deyə ispaniyalı mütəxəssis UEFA-nın saytına açıqlamasında bildirib.
Qeyd edək ki, "Bayer" - "Bavariya" görüşü Bakı vaxtı ilə gecə yarısı 12-də başlanacaq.