Xames: "Real"dan ayrıldığıma peşmanam"

Kolumbiya millisinin futbolçusu Xames Rodriges sabiq komandası "Real Madrid"in haqqında danışıb.

Sportline.az xəbər verir ki, Xames "Marca" qəzetinə müsahibəsində bu fikirləri səsləndirib;

"Real Madrid"dən ayrıldığıma peşamanam. Orada unudulmaz illər keçirdim. Bütün titullara sahib oldum. Daha 2-3 il orada çıxış edə bilərdim. Buna icazə vermədilər. "Real Madrid"i hər zaman qəlbinin ən gözəl yerində saxlayacam", - deyə Xames Rodriges bildirib.

Qeyd edək ki, Xames hazır da "Rayo Valyekano" klubunda çıxış edir.