Xames Rodrigezin beyni silkələndi
"Bavariya"nın yarımmüdafiəçisi Xames Rodrigez Almaniya Bundesliqasının sonuncu turunda xəsarət alıb. SportLine.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mönhenqladbax "Borussiya"sı ilə görüşdə rəqib futbolçu ilə toqquşan kolumbiyalının beyni silkələnib.
Onun bir neçə məşq prosesini buraxacağı gözlənilir.