Xaqani Məmmədov: "10-15 il əvvəlki vəziyyət indi yoxdur"
"Bəzi dırnaqarası mütəxəssislər bizi "vurmağa" çalışırlar. Həqiqəti əks etdirməyən yazılar yazırlar. Halbuki, yazılanların hamısı səhvdir". SportLine.az xəbər verir ki, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov komitənin bu gün keçirilən iclasında deyib.
"10-15 il əvvəlki vəziyyət indi yoxdur. Onda özbaşınalıq idi və sifarişli oyunlar olurdu. İndi heç kim deyə bilməz, hansısa hakim kiminsə göstərişi ilə oyun idarə edir", deyə qeyd edən Məmmədov, "Səhvlər qaçılmazdır. Dünya futbolunda səhvsiz hakim yoxdur. İndiki FİFA referilərimizi uşaq futbolundan yığıb gətirmişəm. Gördüyümüz işlər göz qabağındadır. Düzdü, çatışmazlıqlarımız var və yenə olacaq. Amma rüşvət olmayacaq", - deyə fikrini tamamlayıb.