Xaqani Məmmədov "Neftçi"nin futbolçusunu tənqid etdi
"Anyete bir nömrəli simulyantdır. Bir balaca toxunana kimi yerə yıxılır". SportLine.az xəbər verir ki, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bugünkü iclasda deyib.
"Neftçi"nin futbolçusunu tənqid edən Məmmədov, "Hakimlərə də həmişə bu oyunçu ilə bağlı xüsusi göstəriş verirəm. Onlara futbolçunun iştirak etdiyi epizodlara yaxın olmağı tapşırıram. Çünki, bu futbolçu özünü bəzən elə aparır ki, elə bil, başını kəsiblər".