"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına hazırlaşır

Azərbaycan çempionatında debüt edəcək kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” komandası yeni mövsümə hazırlıqları davam etdirir.

Sportline.az xəbər verir ki, Macarıstandakı təlim-məşq toplanışını başa vuran komanda hazırlığın növbəti mərhələsini Bakıda keçirir.

Kollektiv yoldaşlıq görüşündə MOİK-lə qarşılaşıb. Oyun Şuşa klubunun 3-0 hesablı qələbəsi ilə başa çatıb.

Razılığa əsasən komandalar daha bir setdə qüvvəsini sınayıb. Həmin hissədə MOİK-in üstünlüyü qeydə alınıb.