Xavi İngiltərə klubuna transfer olmağa isti yanaşır

"Leipziq"in niderlandlı futbolçusu Xavi Simons "Çelsi"yə keçməyə razılıq verib.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

22 yaşlı futbolçu Almaniya klubundan ayrılmaq fikrində qətidir.

Qeyd edək ki, "Çelsi" bu keçid üçün 70 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında danışıqlar davam edir.