Xavi seçimini etdi
"Leypsiq"in niderlandlı futbolçusu Xavi Simons yeni mövsümü İngiltərə Premyer Liqasında keçirəcək.
Sportline.az xəbər verir ki, o, “Çelsi”nin formasını geyinəcək.
"Bavariya" klubu da Simonsun xidmətində maraqlı olsa da, Xavi Münhendən gələn təklifi rədd edib.
Bu haqda "Bild" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "Çelsi" 22 yaşlı futbolçuya 6 illik müqavilə təklif edib.