Xorvatiya millisinin oyunçusu AVRO 2024-ün qalan oyunlarında iştirak edə bilməyəcək
Xorvatiya komandasının hücumçusu Nikola Vlaşiç sıradan çıxıb.
Sportline.az SportEkspress-ə istinadla xəbər verir ki, məşqdə əzələsindən zədə alan 26 yaşlı futbolçu üçün AVRO 2024 macərası sona çatıb.
Həkimlər Vlaşiçin vəziyyətini kritik olaraq dəyərləndiriblər.
Qeyd edək ki, Xorvatiya millisi turnirdə ilk oyununu İspaniyaya qarşı keçirib və 0-3 hesabı ilə məğlub olub.
Vlaşiç həmin oyunu ehtiyyat oyunçular skamyasından izləyib.