Jorxe Jezuş: Səudiyyə Ərəbistanı liqası ən güclü 5 çempionatdan biri olacaq

“Əl-Hilal”ın baş məşqçisi Jorje Jezuş bildirib ki, Səudiyyə Ərəbistanı Pro Liqası hazırda Portuqaliya çempionatından güclüdür.

Sportline.az xəbər verir ki, 70 yaşlı mütəxəssis A Bola-ya verdiyi müsahibədə "Bu liqanı Portuqaliya liqası ilə müqayisə etmək olmaz. Burada səviyyə başqadır.2034-cü ilə qədər Səudiyyə Liqası dünyanın ən güclü 5 liqasında biri olacaq" deyib.

2023-cü ildən "Əl-Hilal"ı çalışdıran Jezuş bu müddət ərzində komanda ilə 1 dəfə ölkə çempionatının, 1 dəfə ölkə kubokunun və 2 dəfə ölkə Superkubokunun qalibi olub.

Qeyd edək ki, təcrübəli çalışdırıcı daha əvvəl Avropada "Benfika" və "Fənərbağça" kimi klubları çalışdırıb.