Xosep Qvardyola: "Bizim planımız belədir"
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Real"la qarşılaşacaq "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardyola, oyunun gərgin keçəcəyini bildirib.
Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis tribunaların təzyiqindən çəkinmədiklərini və dəfələrlə bu cür oyunlara çıxdıqlarını vurğulayıb. Təcrübəli komandalarının olduğunu deyən Qvardyola onlar üçün Madriddə, Barselonada və ya Milanda oynamağın heç bir fərqi olmadığını bildirib: “Qələbə qazanmaq üçün ideal oyun göstərməliyik. Yalnız bu halda istəyimizə nail ola bilərik. Cavab matçına məğlub durumda gəlmişik. Deməli vəziyyəti dəyişmək üçün hücum edib qol vurmalıyıq. Bizim planımız belədir”.
Xatırladaq ki, ilk oyun 3-2 hesabı ilə madridlilərin xeyrinə nəticələnmişdi.