Yarıda kəsilən himnimizi hamı birlikdə davam etdirdi

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Avropa çempionatı yekunlaşıb.

Sportline.az xəbər verir ki, qızıl medal qazanan aerodans komandamızın mükafatlandırma mərasimindən sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Relamentə uyğun olaraq himn yarıda dayandırılıb. Amma Azərbaycan seçməsinin üzvləri arenaya toplaşan azarkeşlərlə birgə himni musiqisiz sonadək ifa ediblər.

Qeyd edək ki, Avropa çempionatında 22 ölkədən 333 gimnast çıxış edib.