Yasin Adli karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək
"Milan"ın yarımmüdafiəçisi Yasin Adli karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sportline.az xəbər verir ki, 25 yaşlı fransalı oyunçu “Əl-Şabab” klubu ilə anlaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Adli ilə 3 illik müqavilə imzalanıb. Transfer qarşılığında “rossonyerilər” 8 milyon avro qazanıb.