Yekaterina Laqno şahmat üzrə Rusiya çempionu olub

Yekaterina Laqno Barnaulda keçirilən Rusiya şahmat çempionatının qalibi olub.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, 34 yaşlı qrossmeyster son turda qara fiqurlardan istifadə etməklə Yekaterina Qoltseva ilə heç-heçə oynayıb.

11 oyunun nəticəsinə əsasən, Laqno 7 xal toplayıb. İkinci və üçüncü yerləri Aleksandra Qoryaçkina və Daria Çaroçkina (hər biri 6,5 xal) bölüşdürdülər.

Superfinalın ümumi mükafat fondu 4 milyon rubl idi, Laqno qalib gəldiyi üçün 700 min pul mükafatı alıb.

İlk üç yeri tutan idmançılar 2025-ci ildə keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazanacaq.