Yeniyetmələrin Qış Olimpiya Oyunları: 9-cu gün

Yeniyetmələrin 3-cü  Qış Olimpiya Oyunları davam edir. Yarışın 9-cu günündə skeleton növü üzrə qaliblər müəyyənləşib.

Sportline.az xəbər verir ki, qadınların mübarizəsində almaniyalılar yüksək nəticə göstəriblər. Marie Fraybel yeniyetmələrin olimpiya çempionu olub. Komanda yoldaşı Cessika Deqendhart isə gümüş medal qazanıb. İlk 3-lüyü Diana Loqinova tamamlayıb.

Kişilərin komanda yarşında da almaniyalı idmançılar fəallıq göstəriblər. Morits Ceyqer və Valentin Steyte ən yüksək nəticə ilə fəxri mükafatın sahibi olublar. Latviyalılar ikinci, rusiyalılar isə 3-cü yeri tutublar.

Qeyd edək ki, medal sıralamasına 19 mükafatla Rusiya komandası başçılıq edir.