Yılmaz Vural futbolçusunun öldüyünü ağlayaraq açıqladı
Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan “Yeni Malatyaspor”un qapıçısı Ahmet Eyüp Türkaslan həlak olub.
Sportline.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Yılmaz Vural "Show TV"yə açıqlayıb.
29 yaşlı qolkiperin cəsədinin dağıntılar altından çıxarıldığını bildirən Vural bunları ağlayaraq danışıb.