Yılmaz Vural və futbolçuları koronavirusa yoluxdu

Türkiyə 1-ci liqa təmsilçisi “Akhisarspor”un baş məşqçsi Yılmaz Vural koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, “Habertürk”ün yaydığı məlumata görə, onun köməkçiləri, 3 futbolçu və klubun əməkdaları da daxil ümumilikdə “Akhisarspor”un 12 üzvünün testi müsbət çıxıb.

Klub isə yaydığı açıqlamada bildirib ki, məşqçi heyətindən 2, futbolçulardan 3, personaldan isə 7 nəfər koronavirusa yoluxub. Onların adları açıqlanmayıb.