Yovetiçin yeni klubu bilindi
Məşhur çernoqoriyalı futbolçu Stevan Yovetiçin yeni iş yeri bilinib.
Sportline.az xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını Kiprdə davam etdirəcək.
"Mançester Siti"nin sabiq forvardı "Omoniya" ilə anlaşıb.
Təcrübəli futbolçu ilə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Yovetiç karyerası ərzində "Mançester Siti" ilə yanaşı, "Fiorentina", "İnter", "Sevilya", "Monako", "Herta" və "Olimpiakos"un formasını geyinib.