Yüksək Liqa: "Murov" növbəti, "Sərhədçi" ilk qələbəsini qazanıb
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrəyə start verilib.
Sportline.az xəbər verir ki, XIV tura təsadüf edən hər iki matç “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutub.
Günün ilk görüşündə "Murov"a MOİK-ə 3:0 (18:25, 23:25, 8:25) hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada isə "Sərhədçi" "Ekspress"i 3:1 (25:22, 27:25, 13:25, 25:23) hesabı ilə üstələyib. Bu, "Sərhədçi"nin cari mövsümdə ilk qələbəsi olub.