Yunis Hüseynov koronavirusa qalib gəldi

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov koronavirusdan sağalıb. 

Sportline.az xəbər verir ki, 55 yaşlı mütəxəssisin test nəticəsi mənfi olub və o xəstəxanadan evə buraxılıb.

Hüseynov hazırda özünü yaxşı hiss edir.

Qeyd edək ki, Yunis Hüseynovun koronavirus testi dekabrın 15-də müsbət çıxıb.