Yunus Akgün ''Beşiktaş'' və ''Fənərbağça''nın hədəfində

''Qalatasaray''ın  24 yaşlı hücumçusu Yunus Akgünə Türkiyə nəhənglərindən böyük maraq var.

Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, ''Beşiktaş'' və ''Fənərbağça'' yayda futbolçunu heyətinə qatmaq istəyir.

Yunus Akgünün ''Qalatasaray''dan gələn yeni müqavilə şərtlərini qəbul etmədiyi bildirilir.

Son məlumatlara görə, hücumçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir.

Qeyd edək ki, Yunus bu mövsüm 30 oyunda 11 qol 6 məhsuldar ötürmə ilə fərqlənib.