Yunus Musah İngiltərədə çıxış edə bilər

"Atalanta"da icarə əsasında çıxış edən Yunus Musah karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Vest Hem Yunayted" 23 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.

Bu haqda "Calciomercato" nəşri məlumat yayıb.

Sözügedən futbolçu müqavilə əsasında "Milan"a məxsusdur.

Qeyd edək ki, Y.Musah cari mövsüm meydana çıxdığı 26 matçda 2 qol, 1 asistlə yadda qalıb.