Yusif İmanovun yeni klubu bilinib
"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.
Gəncə təmsilçisindən Sportline.az-a verilən məlumata görə, "sarı-göylər" qapıçı Yusif İmanovu heyətinə qatıb.
23 yaşlı qolkiper ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Qeyd edək ki, İmanov son olaraq Kosovonun "Malişeva" klubu ilə sözləşmə imzalamışdı. O, bir müddət Azərbaycan millisinin şərəfini qoruyub.