Yusuf Lavalın son durumu açıqlandı
Premyer Liqanın 11-ci turu çərçivəsində “Bakcell Arena”da keçirilmiş “Sabah”la matçın ilk hissəsində zədələnən “Neftçi”nin futbolçusu Yusuf Laval müayinədən keçib.
Sportline.az xəbər verir ki, bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib:
“Sınığı və daxili orqanlarda zədəsi yoxdur. Sadəcə, möhkəm əzildiyi üçün ağrı hiss edir. Ağrısı azalsa, artıq komandanın növbəti məşqində iştirak edə biləcək”.