Yusuf Yazıcı karyerasını bu klubda davam etdirə bilər

Azad agent statusunda olan türkiyəli futbolçu Yusuf Yazıcı ilə bağlı bir iddia ortaya atılıb.

Sportline.az Yunanıstan mediasına istinadla xəbər verir ki, Olimpiakos klubu 27 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Pirey klubunun yaxın günlərdə oyunçuya rəsmi təklif göndərəcəyi bildirilir.

Yay transfer pəncərəsində təcrübəli futbolçunun adı "Lion", "Mançester Yunayted" və "Ayaks" kimi klublarla hallanırdı.

Qeyd edək ki, son olaraq "Lill"də çıxış edən Yufus ötən mövsümün sonunda Fransa klubunu tərk edib.