Yusuf Yazıcı Yunanıstan klubunda

Son olaraq "Lill" forması geyinən türkiyəli futbolçu Yusuf Yazıcının yeni komandası bəlli olub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Olimpiakos"la razılıq əldə edib.

Yusuf rəsmi müqavilə imzalamaq üçün yaxın günlərdə Afinaya gedəcək.

Qeyd edək ki, ötən mövsüm ümumillikdə 42 oyuna çıxan Yazıcı bu görüşlərdə 12 qol vurub, 4 asist edib.