"Yuve" 101 milyon avroluq təklifi rədd etdi
"Mançester Yunayted" "Yuventus"un fransalı ulduzu Pol Poqbanı heyətinə qatmaqda israrlıdır. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Qırmızı şeytanlar" bu dəfə Turin təmsilçisinə 101 milyon avroluq rəsmi təklif ünvanlayıblar. Ancaq ingilislər bu dəfə də "Qoca sinyora"dan rədd cavabı alıblar.
"Yuventus" futbolçunu satmağa hazır olduğunu, lakin təklifin yetərli olmadığını bildirib. Məlumata görə, "Mançester Yunayted" rəhbərliyi mövsümün əvvəlinədək növbəti təkliflə İtaliyan klubunun qapısını döyəcək.
Qeyd edək ki, 2012-ci ildə məhz “Mançester Yunayted”dən havayı, yəni azad agent kimi "Yuventus"a keçən Poqba hazırkı komandasının heyətində 178 oyunda 34 qola imza atıb. O, 2013-cü ildən dəvət aldığı Fransa yığmasında isə 38 matçda 6 dəfə fərqlənib.