"Yuve" argentinalı üçün 94 milyon avro ödədi
"Yuventus" növbəti mövsüm üçün heyətini gücləndirməkdə davam edir. SportLine.az xəbər verir ki, Turin təmsilçisi daha bir futbolçunun keçidini həll edib.
Son mövsümü "Napoli"də keçirən Qonzalo İquain bundan sonra "Qoca sinyora"nın uğurları üçün çalışacaq.
Transferin reallaşması üçün "Yuve" 94 milyon avro təzminat ödəyəcək. Futbolçu ilə 4 illik müqavilə imzalanacaq. Argentinalı ulduz ilinə 7,5 milyon avro qazanacaq.
Qeyd edək ki, 2013-cü ildən "Napoli"də çıxış edən İquain keçirdiyi 94 oyunda 71 qol vurub.