“Yuventus” baş məşqçisi ilə yollarını ayırıb

“Yuventus”un rəhbərliyi baş məşqçi İqor Tudorla yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Turin klubunu müvəqqəti olaraq Massimo Brambilla çalışdıracaq.

Qeyd edək ki, "Yuventus" hazırda İtaliya A Seriyasında 12 xalla 8-ci pillədə yer alır.