"Yuventus" bu futbolçuya görə 75 milyon avro ödəməlidir

"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı futbolçu Viktor Osimhen "Yuventus"un maraq dairəsindədir.

Sportline.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, "Napoli" Osimhen üçün 75 milyon avro tələb edir. Bu oyunçunun sərbəst qalma məbləğidir.

Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində çıxış etdiyi 33 matçda 29 qol və 6 asistlə yadda qalıb.

Qeyd edək ki, 26 yaşlı forvard mövsümün sonunda "Napoli"yə qayıdacaq. Onun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.