"Yuventus" bu gün "Benfika" ilə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turuna yekun vurulacaq.

Sportline.az xəbər verir ki, "Yuventus" "Allianz Stedyum"da "Benfika" ilə qarşılaşacaq.

Turin klubunda Daniele Ruqani, Yonas Rouhi, Arkadüş Milik və Duşan Vlahoviç baş məşqçi Luçiano Spalettinin sərəncamında olmayacaq.

Portuqaliya təmsilçisində isə Samuel Soares, Aleksander Bah, Joao Veleso, Riçard Rios və Dodi Lukebakionun yoxluğu Joze Mourinyonu narahat etməyə bilməz.

Qeyd edək ki, "Yuventus" - "Benfika" görüşü Bakı vaxtı ilə saat 12-də başlanacaq. Matçda söz sahibi niderlandlı Serdar Gözübüyük olacaq.