“Yuventus” - “İnter”: Heyətlərdəki son durum
İtaliya A Seriyasında 3-cü turun mərkəzi matçı "Allianz Stedyum"da keçiriləcək.
Sportline.az xəbər verir ki, "Yuventus" öz meydanında "İnter"lə münasibətlərini aydınlaşdıracaq.
Heyətlərə nəzər saldıqda Turin klubunda əsas itki Arkadüş Milik, Edin Zeqrova, Konseysao, Miretti zədə, Kambiaso isə cəza səbəbindən matçı buraxmalı olacaq.
"İnter" isə oyuna optimal heyətlə çıxacağı gözlənilir.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 20:00-da başlanacaq "Yuventus" - "İnter" matçını Andrea Kolombo idarə edəcək.