"Yuventus" "Mançester Siti"yə elçi düşdü
"Mançester Siti"dən azad agent kimi ayrılacaq Bernardo Silva yayda "Yuventus"a keçə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
31 yaşlı futbolçunun dəyəri 27 milyon avrodur.
Qeyd edək ki, B.Silva cari mövsüm meydana çıxdığı 38 matçda 2 qol, 5 asistlə yadda qalıb.