Buffon "Yuventus" - "Milan" oyununu buraxa bilər

Həftəsonu baş tutacaq "Yuventus" - "Milan" oyunu ərəfəsində turinlilər ciddi itkilərlə üzləşiblər. SportLine.az "Tuttosport"a istinadən xəbər verir ki, milli komandaların düşərgəsindən zədəli qayıdan Cianluici Buffon, Mario Mandzukiç və Ştefan Lixtştayner vacib oyunu kənardan izləyə bilər. Hazırda yüngül məşqlərlə kifayətlənən futbolçuların meydana çıxıb-çıxmayacağı matç günü bəlli olacaq.

Qeyd edək ki, "Yuventus" - "Milan" görüşü noyabrın 21-də keçiriləcək.