"Yuventus" Poqbaya əvəzləyici tapdı
"Arsenal"ın yarımmüdafiəçisi Tomas Partey karyerasını İtaliyada davam etdirə bilər.
Sportline.az La Repubblica nəşrinə istinadla xəbər verir ki, "Yuventus" onun xidmətində maraqlıdır.
Turinlilər onu dopinq testi müsbət nəticələnən Pol Poqbanın əvəzləyicisi kimi transfer etmək niyyətindədirlər.
30 yaşlı qanalı 2020-ci ildən "Arsenal"ın şərəfini qoruyur.
Transfermarkt portalında onun transfer qiyməti 35 milyon avrodur.