"Yuventus" "Qalatasaray"ın futbolçusunu istəyir
“Yuventus” “Qatasaray”ın futbolçusu Saşa Boeyi heyətinə qatmaq niyətindədir.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İtaliya nəhəngi “sarı-qırmızılar”a müdafiəçi üçün 20 milyon avro ödəməyə hazırdır.
“Yuventus” transferi yanvar ayında həyata keçirməyi planlayır.
İtaliya klubunun “Qalatasaray”la razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, Saşa Boey “Qalatasaray” forması ilə çıxdığı 61 ounda 2 qol 4 asistlə yadda qalıb.