"Yuventus" sabiq futbolçusunu geri qaytarmaq istəyir

"Liverpul"un italiyalı futbolçusu Federiko Kyeza karyerasını yenidən "Yuventus"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

28 yaşlı oyunçunun dəyəri 18 milyon avrodur.

Qeyd edək ki, Kyeza cari mövsüm meydana çıxdığı 22 matçda 2 qol, 3 asistlə yadda qalıb.