"Yuventus" şokda: 17 yaşlı futbolçusu dünyasını dəyişdi

"Yuventus"un 17 yaşlı futbolçusu Brayan Dodyen həyatla vidalaşıb.

Sportline.az Turin klubun rəsmi saytına istinadən xəbər verir ki, 3 il xərçənglə mübarizə aparan gənc oyunçu bir müddət öncə üstələdiyi xəstəliyə məğlub olub.

Həkimlər hələ 12 yaşı olan zaman  Didyendə xərçəng aşkarlamış, bir müddət müalicə alan yeniyetmə sonradan futbola qayıdaraq "Yuventus"un U-15 komandasında oynamışdı.