“Yuventus” və “Çelsi” fransalı qapıçı üçün yarışa girib
“Milan”ın kiperi Mayk Menyan yayda komandada ayrıla bilər.
Sportline.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “Yuventus” və “Çelsi” Menyanın xidmətində maraqlıdır.
30 yaşlı futbolçunun dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm çıxış etdiyi 13 matçda qapısında 9 top görüb.