"Yuventus" və "İnter" 23 yaşlı oyunçunu transfer etməyə çalışır

"Verona"nın oyunçusu Rafik Belqhali İtaliya nəhənglərinin maraq dairəsindədir.

Sportline.az jurnalist Nikolo Şıkiranın məlumatına istinadən xəbər verir ki, "Yuventus" və "İnter" 23 yaşlı sağ cinah müdafiəçisini transfer etməyi hədəfləyir.

Əlcəzayir millisinin üzvünün transfer qiyməti 5 milyon avrodur.

Qeyd edək ki, sözügedən futbolçu bu mövsüm meydana çıxdığı 18 matçda rəqib qapılarında 2 top keçirib.