“Yuventus” yeni müdafiəçi axtarışına çıxıb
“Yuventus” “Bornmut”un müdafiəçisi Markos Senesiyə təklif göndərib.
Sportline.az xəbər verir ki, Turin klubu argentinalı futbolçunu azad agent statusu ilə komandaya qatmaq niyyətindədir.
“Yuventus” 28 yaşlı müdafiəçiyə mövsümə 3 milyon avro məvaciblə 4 illik müqavilə təklif edib.
Senesi eyni zamanda “Barselona” və “Atletiko”nun da maraq dairəsindədir, buna görə turinlilər onunla razılığa mümkün qədər tez gəlməyə çalışır.
Bundan başqa, “Yuventus” “Komo”nun yarımmüdafiəçisi Maksimo Perroneyi də nəzərdən keçirir. Bu futbolçuya “Napoli” də maraq göstərir.