“Yuventus” yeni qapıçı axtarışına çıxıb
“Yuventus” “Latsio”nun yunan qapıçısı Xristos Mandasla yaxından maraqlanır.
Sportline.az xəbər verir ki, “Latsio” ehtiyat qapıçısı üçün bonuslar da daxil olmaqla 15 milyon avrodan yüksək məbləğ tələb edir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
“Yuventus”un Mandasa marağı Mattia Perinlə bağlı yaranmış vəziyyətlə əlaqədardır.
Turin təmsilçisinin ehtiyat qapıçısı “Cenoa”ya geri dönmək niyyətindədir.