"Yuventus" yeni qapıçı axtarışındadır

"Sassuolo"da icarə əsasında çıxış edən Aro Muriç karyerasını "Yuventus"da davam etdirə bilər.

Sportline.az "Tuttusport"a istinadən xəbər verir ki, Turin klubu 27 yaşlı oyunçunu transfer etmək üçün hərəkətə keçib.

Sözügedən qapıçı müqavilə əsasında "İpsviç" klubuna məxsusdur.

Qeyd edək ki, A.Muriçin dəyəri 7.5 milyon avrodur.