"Yuventus" çempionluğa bir az da yaxınlaşdı

İtaliya A Seriyasının 34-cü turuna “Yuventus” – “Latsio” matçı ilə yekun vurulub.

Sportline.az xəbər verir ki, “Qoca Sinyora” yuxarı pillələrdə gedən “Atalanta” və “İnter”in xal itkisindən məharətlə istifadə edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb. İkinci yarıya daha yaxşı başlayan “Yuventus” 51-ci dəqiqədə fərqlənib. Kriştiano Ronaldo penaltini dəqiq yerinə yetirib. Çox keçmədən portuqaliyalı futbolçu dubl edib.

Qonaqların gücü yalnız bir qola çatıb. Ciro İmmobile 11 metrlik zərbə ilə fərqi 1 topa endirib. “Yuventus” – “Latsio”: 2-1.

Mauritsio Sarrinin komandası 80 xalla liderliyini daha da möhkəmlədib. “İnter” 72 xalla ikinci, “Atalanta” isə 71 xalla 3-cüdür. 69 xalı olan “Latsio” 4-cü pillədədir.